Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Moskva meriyası Putin tərəfdarlarına prezident seçkilərindən dərhal sonra Kremlə yaxın meydanlarda aksiya keçirməyə icazə verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Moskva meriyası Putin tərəfdarlarına prezident seçkilərindən dərhal sonra Kremlə yaxın meydanlarda aksiya keçirməyə icazə verib

Moskva meriyası Putin tərəfdarlarına prezident seçkilərindən dərhal sonra Kremlə yaxın meydanlarda aksiya keçirməyə icazə verib


Rusiyada martın 4-də keçiriləcək prezident seçkilərindən dərhal sonra Kreml ətrafında yerləşən meydanda kütləvi aksiya keçirmək istəyən iqtidar və müxalifət tərəfdarları arasında mübahisə yaranıb.
Putin tərəfdarları və müxalifət mənsubları Moskva meriyasına martın 4 və 5-də Kreml ətrafında kütləvi aksiya keçirmək üçün müraciət ediblər. Meriya, ilk müraciət Putin tərəfdarlarından gəldiyinə görə Lubyanskaya meydanında aksiya keçirmək icazəsini onlara verib. Müxalifət tərəfdarları isə meriyanın tərəf saxladığını və onlara ilk müraciətin müxalifət tərəfdən edilməsinə baxmayaraq Putin tərəfdarlarına güzəştə gedildiyini iddia ediblər.
Meriyadan müxalifət tərəfdarlarına şəhər mərkəzindən kənarda aksiya keçirmək üçün icazə verə biləcəkləri söylənib.
Rusiyada müxalifət tərəfdarları seçki saxtalaşdırılacağı təqdirdə Kreml ətrafındakı meydanlarda düşərgə salacaqlarını planlaşdırıblar. Onların 2004-cü ildə Ukraynada gerçəkləşən “narıncı inqilab”ın ssenarisini təkrarlamaq istədikləri bildirilir.

Geri dön