Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aİ Ermənistana nüvə silahının yayılmaması haqqında müqaviləni xatırladıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Aİ Ermənistana nüvə silahının yayılmaması haqqında müqaviləni xatırladıb

Aİ Ermənistana nüvə silahının yayılmaması haqqında müqaviləni xatırladıb


Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Mayya Kosyançiç Ermənistana nüvə silahının yayılmaması haqqında müqavilənin imzalanmasından sonra ölkənin üzərinə götürdüyü öhdəlikləri xatırladıb.

M.Kosyançiç bildirib ki, Aİ Ermənistanın nüvə silahının yayılmaması haqqında müqavilə üzrə sazişdən çıxması ilə bağlı məlumata malik deyil: "Ermənistan 1993-cü ildən nüvə silahının yayılmaması üzrə sazişin iştirakçısıdır, 1997-ci ildə isə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sazişin yerinə yetirilməsi üzrə təminatlar haqqında əlavə protokol imzalayıb".

O əlavə edib ki, bu sazişin bütün iştirakçıları Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən mütəmadi yoxlamalardan keçirlər.

Geri dön