Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Con Kerri Azərbaycan və Ermənistan rəhbərlikləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Con Kerri Azərbaycan və Ermənistan rəhbərlikləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Con Kerri Azərbaycan və Ermənistan rəhbərlikləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək


ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə dünya turnesi zamanı Azərbaycan və Ermənistan rəhbərlikləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin Departamentin saytında dərc olunan məlumatında bildirilir: "Mayın 16-17-də ABŞ dövlət katibi Vyanaya səfər edəcək. Dövlət katibi orada ABŞ-ın Rusiya və Fransa ilə birlikdə keçirəcəyi Dağlıq Qarabağ münaqişəsi üzrə görüşdə iştirak edəcək və Azərbaycan və Ermənistan rəhbərlikləri müzakirələr aparacaq".

Geri dön