Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almaniya XİN: Dağlıq Qarabağ münaqişəsi nə qədər uzansa, müharibə riski bir o qədər artacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Almaniya XİN: Dağlıq Qarabağ münaqişəsi nə qədər uzansa, müharibə riski bir o qədər artacaq

Almaniya XİN: Dağlıq Qarabağ münaqişəsi nə qədər uzansa, müharibə riski bir o qədər artacaq


Dağlıq Qarabağda münaqişə nə qədər uzun müddət davam edəcəksə, tərəflər bir o qədər intensiv silahlanacaq, Ermənistan və Azərbaycan arasında müharibə daxil olmaqla yeni eskalasiya riski daha artıq olacaq. RİA Novosti-nin verdiyi məlumata görə, bunu Vyanada Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, 6 həftə əvvəl təmas xəttindəki qızğın döyüşlər göstərir ki, çoxillik status-kvo uzunmüddətli perspektivdə qənaətbəxş deyil.

Nazir qeyd edib ki, ATƏT münaqişənin nizamlanmasında vacib rol oynayır: "Fikrimizcə, məqsəd təmas xətti üzrə atəşkəs rejimini gücləndirmək, etimadın möhkəmləndirilməsi üzrə tədbirləri razılaşdırmaq və danışıqlar prosesinə başlamaqdır. Bu, müəyyən vaxt tələb edəcək".

Geri dön