Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ATƏT: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz

ATƏT: Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz


Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz.

Bu barədə ATƏT-in Minsk Qrupunun Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada keçirilmiş görüşünün nəticələri ilə bağlı bəyanatında deyilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illlərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırırlar.

Bəyanatda bildirilir ki, Prezidentlər atəşkəs haqqında müqaviləyə və öz münaqişənin sülh yolu ilə həll edilməsinə sadiqliyi təsdiq ediblər. Zorakılıq artması riskini azaltmaq üçün onlar ATƏT-in istintaq mexanizmi üzərində işlərin daha tez zamanda bitirməsinə razılaşıblar.

Prezidentlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər.

Onlar həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

Prezidentlər iyun ayında hər iki tərəf arasında razılaşdırılmış yerdə keçiriləcək danışıqların növbəti mərhələsi barədə razılığa gəliblər.

Geri dön