Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səfir: İsrail Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Səfir: İsrail Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir

Səfir: İsrail Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir


İsrail Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verir. Bunu Bakıda jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsinin tərəfdarıdır.

Səfir qeyd edib ki, iki ölkə arasında əlaqələr bütün istiqamətlər üzrə inkişaf edir: "İsrail müstəqilliyini əldə etdiyi gündən Azərbaycanın dostudur. Ölkənizlə tərəfdaşlığa xüsusi önəm veririk. Azərbaycan müxtəlif etnik qrup və dinlərin bir yerdə dinc şəraitdə mövcudluğunun nümunəsidir".

Geri dön