Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib

Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib


Mayın 18-də müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında NATO Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" və "Uyarlılıq Platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun "Qətiyyətli Dəstək" missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən "Uyarlılıq Platforması" çərçivəsində tərəfdaşlarla uyarlılığın artırılması, fərdi uyğunlaşdırılmış yol xəritəsinin tətbiqi, resursların səmərəli idarə edilməsi və hərbi əməkdaşlıqla bağlı digər məsələlər müzakirə edilib.

Səfər zamanı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Türkiyə, Gürcüstan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.

Geri dön