Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Oğuzda ayı kəndə hücüm edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Oğuzda ayı kəndə hücüm edib

Oğuzda ayı kəndə hücüm edib


Bu gün axşam saatlarında ayı Oğuzun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən kəndə hücum edib.

Kanal S (Region TV) xəbər verir ki, kənd sakinləri əvvəlcə vəhşi heyvanı hay-küy salmaqla qovmaq istəsə də buna nail olmayıb.

Nəticədə heyvan əvvəlcə avtomobilə ziyan vurub, daha sonra mal qaraya xəsarət yetirib. Ayının növbəti hədəfi isə kənddə yerləşən uşaq bağçası olub. Həmin vaxt bağçada 25 uşaq olsa da xoşbəxtlikdən vəhşi heyvan onlara xəsarət yetirməyib. Vəhşi heyvanın hücumunun qaşısı yalnız onu öldürməklə alınıb.

Bağçanın yaxınlığında yaşayan kənd sakini Fazil Şükürov ayıya atəş açaraq onu zərərsizləşdirib. Hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Geri dön