Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən il İranda 42 jurnalist həbsdə olub, 18 jurnalist ölkəni tərk etmək məcburiyyətində qalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ötən il İranda 42 jurnalist həbsdə olub, 18 jurnalist ölkəni tərk etmək məcburiyyətində qalıb

Ötən il İranda 42 jurnalist həbsdə olub, 18 jurnalist ölkəni tərk etmək məcburiyyətində qalıb


Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (JHMK) dünyada ən çox jurnalist hüquqlarının pozulduğu 5 ölkənin siyahısını açıqlayıb. İranın liderlik etdiyi siyahı 2011-ci ilə aid hesabatlar əsasında tərtib edilib. Təşkilatın hesabatında bildirilib ki, 2011-ci il dekabrın 1-dək olan məlumata əsasən, İranda 42 jurnalist həbsdə olub, 21 jurnalist təkadamlıq kamerada saxlanılıb, 18 jurnalist ölkəni tərk etmək məcburiyyətində qalıb. Ümumilikdə isə jurnalistlərə 6 aydan 19,5 il müddətinə qədər həbs cəzası verilib. Onlardan 12 nəfərin səhhətində problem var, 14 jurnalist isə ağır işgəncələrə məruz qalıb. Həbsdə olan 5 jurnalistə ailəsi ilə görüşməyə, 4 nəfərə isə tibbi yardım göstərilməsinə icazə verilmir. Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin ötən ilin hesabatları əsasında hazırladığı siyahıda İrandan sonrakı yerləri isə uyğun olaraq Eritreya, Çin, Miyanma və Vyetnam tutur.

Geri dön