Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyük Britaniyanın Baş naziri: Azərbaycanın neft və qazı Avropa üçün həyati önəmə malikdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Böyük Britaniyanın Baş naziri: Azərbaycanın neft və qazı Avropa üçün həyati önəmə malikdir

Böyük Britaniyanın Baş naziri: Azərbaycanın neft və qazı Avropa üçün həyati önəmə malikdir


Azərbaycan və Böyük Britaniya möhkəm ikitərəfli əlaqələri inkişaf etdirməyə davam etdirəcəklər. Bu barədə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 sərgisinin və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 konfransının iştirakçılarına göndərdiyi məktubda deyilir.

Sərginin açılışında oxunan məktubda deyilir: "Zati-aliləri Prezident İlham Əliyev və Azərbaycan xalqını bu cəlbedici sərgi və konfransın keçirilməsi münasibətilə təbrik etmək istəyirəm".

Məktubda iki ölkənin möhkəm ikitərəfli əlaqələri inkişaf etdirməyə davam edəcəklərinə dair ümid ifadə olunur: "Olduqca şadam ki, Britaniya şirkətləri Azərbaycanın karbohidrogen sektorunun inkişafında vacib rol oynayırlar".

Məktubda qeyd olunur ki, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində həyati önəmli rol oynayırlar: "Cənub Qaz Dəhlizi" Avropa bazarlarına enerji resurslarının tədarüklərinin şaxələndirilməsində vacib rol oynayırlar. Böyük Britaniya "Cənub Qaz Dəhlizi" və Transadriatik boru kəməri layihəsinin inkişafında Azərbaycanın rolunu alqışlayır".

Geri dön