Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda dövlət qulluqçusu statusu yaş senzi ilə əlaqədar işdən çıxarılan müəllimlərə də şamil ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanda dövlət qulluqçusu statusu yaş senzi ilə əlaqədar işdən çıxarılan müəllimlərə də şamil ediləcək

Azərbaycanda dövlət qulluqçusu statusu yaş senzi ilə əlaqədar işdən çıxarılan müəllimlərə də şamil ediləcək


Azərbaycanda dövlət qulluqçusu statusu yaş senzi ilə əlaqədar işdən çıxarılan müəllimlərə də şamil ediləcək. Bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təkliflərini hökumətə təqdim edib.
"İndi söz Nazirlər Kabinetinindir. Orada təkliflər ekspertizadan keçirildikdən sonra müəyyən qərar veriləcək", - nazir bildirib.
Mərdanov deyib ki, hazırda bu və ya digər dövlət idarələrində dövlət qulluqçuları işləyir. Nazirin fikrincə, müəllimlərə də ona yaxın bir status verilməlidir.
"Burada bütün məsələlər öz əksini tapmalıdır. Bizim müəllim nüfuzunu qaldırmaqdan başqa yolumuz yoxdur", - Mərdanov əlavə edib.

Geri dön