Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Moskvada Xəzər dənizinin hüquqi statusu üzrə xüsusi işçi qrupun 45-ci iclası olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Moskvada Xəzər dənizinin hüquqi statusu üzrə xüsusi işçi qrupun 45-ci iclası olub

Moskvada Xəzər dənizinin hüquqi statusu üzrə xüsusi işçi qrupun 45-ci iclası olub


İyunun 8-10-da Moskvada Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi işçi qrupun (XİQ) Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində 45-ci iclası keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edib.

Nümayəndə heyətlərinin başçıları Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstanda nəzərdə tutulan müşavirəsi nöqteyi-nəzərindən Moskva iclasının xüsusi əhəmiyyətini vurğulayıblar, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya üzərində işin tezliklə başa çatmasının zəruri olduğunu qeyd ediblər.

İlkin razılaşmaya müvafiq olaraq, XİQ-də aparılan diskussiya Xəzər akvatoriyasında gəmiçilik rejimi və sahilyanı dövlətin yurisdiksiyası, yerin təkindən istifadə məqsədi ilə dənizin dibinin bölünməsi məsələləri üzərində cəmləşdirilib. Razılaşdırılan fikirlər Konvensiya layihəsində əksini tapıb.

Nümayəndə heyətləri danışıqların yekunlarını müsbət qiymətləndirib, görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Rusiya Federasiyasına təşəkkür ediblər.

Xüsusi işçi qrupun növbəti iclası Qazaxıstanda keçiriləcək.

Geri dön