Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan XİN ABŞ-dakı dəhşətli silahlı hücumu pisləyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan XİN ABŞ-dakı dəhşətli silahlı hücumu pisləyir

Azərbaycan XİN ABŞ-dakı dəhşətli silahlı hücumu pisləyir


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-dakı dəhşətli silahlı hücumu pisləyir.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "12 iyun 2016-cı il tarixində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq.

Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".

Geri dön