Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin məqsədi məlum oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin məqsədi məlum oldu

AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin məqsədi məlum oldu


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda iyunun 15-17-də Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində AŞPA həmməruzəçiləri Milli Məclisin sədri Oqtay Əsədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə, o cümlədən vətəndaş cəmiyyətinin, mətbuat və Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəklər.

Səfər çərçivəsində həmməruzəçilər və belçikalı deputat Alan Destexe həmçinin müşahidəçi qismində 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə monitorinq keçirəcəklər.

Geri dön