Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erkən nikahlar insan hüquqlarının pozulmasıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Gənclik, Sağlıq > Erkən nikahlar insan hüquqlarının pozulmasıdır

Erkən nikahlar insan hüquqlarının pozulmasıdır


Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin (GBHİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikahlarla mübarizə imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində iyunda Lerik, Astara və Cəlilabad rayonlarında məktəbli qızlar üçün təlimlər, valideynlər üçün seminarlar keçirilib.

GBHİB-dən bildirilib ki, tədbirlərdə erkən nikahların fəsadları barədə məlumat verilib.

Qeyd olunub ki, layihənin məqsədi məktəbli qızları və onların valideynlərini maarifləndirmək, qızlar arasında liderliyi təbliğ etmək yolu ilə onları erkən nikah qurmaqdan çəkindirməkdir. Erkən nikahlar insan hüquqlarının pozulmasıdır və məişət zorakılığının bir formasıdır. Rəsmi qeydiyyata alınmadığı və hüquqi əsası olmadığı üçün erkən nikahlar ana və uşaqların əmlak və sosial hüquqlarının pozulmasına səbəb olur, yeni doğulan uşaqların sağlamlığı üçün böyük təhlükə yaradır. Erkən nikah qızlar arasında savadsızlığın əsas səbəblərindəndir. Bu, gender bərabərliyinin təmin edilməsi yolunda böyük maneələr yaradır.

Növbəti təlimlər Quba rayonunda təşkil olunacaq.

Geri dön