Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Ali Hərbi Məktəbində məzunların buraxılış mərasimi keçirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Gənclik > Bakı Ali Hərbi Məktəbində məzunların buraxılış mərasimi keçirildi

Bakı Ali Hərbi Məktəbində məzunların buraxılış mərasimi keçirildi


Bu gün Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məzunların buraxılış mərasimi keçirilib.

Mərasim Azərbaycanın Dövlət Himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlandı.

Tədbiri giriş sözü ilə açan Azərbaycan müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general-leytenant Kərim Vəliyev bildirdi ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycana yenidən hakimiyyətə gələndən sonra Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətində əsaslı dönüş yarandı: “Bu gün də Azərbaycanda ordu quruculuğunda dövlət səviyyəsində xüsusi diqqət göstərilir, ordu quruculuğu dövlətin prioritet sahələrindən birinə çevrilib”.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində Silahlı Qüvvələrin üzərinə böyük məsuliyyətin düşdüyün deyən K.Vəliyev bildirdi ki, bu işdə Azərbaycan Silahlı Qüvvələrinin əhamiyyətli rolu var:

“Bu ilin aprel hadisələrində Azərbaycan silahlı Qüvvələri birdaha öz gücünü düşmənə göstərdi. Həmin hadisələr zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər düşmən tapdağında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi. Aprel hadisələrində prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinə layiqli qiymət verdi, hərbçilərimizin şücayətini lazımi səviyyədə qiymətləndirdi.

Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirən zabitlərimizin də vətənə, xalqa sədaqətli olacağına əminik. Silahlı Qüvvələrin rəhbərliyi əmindir ki, bu günki məzunlar, gənc zabitlər də vətənin kreşiyində sədaqətlə duracaq, torpaqlarımızın işğaldan azad olunmasında xüsusi şücayət göstərəcək. Vətən sizdən qəhrəmanlıq gözləyir”.

Çıxışlardan sonra Bakı Ali Hərbi Məktəbimnin məzunlarına diplomlar təqdim olundu. Buraxılış kursunun 4 məzununa fərqlənmə diplomu və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından qiymətli hədiyyələr təqdim olundu.

Geri dön