Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər üç dildə nəşr olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər üç dildə nəşr olunub

“Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər üç dildə nəşr olunub


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Dədəm Qorqud belə demiş” kitabı üç dildə nəşr olunub.

Muzeydən bildiriblər ki, nəşrdə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər, hikmətli sözlər, müdrik kəlamlar ilk dəfə Azərbaycan, ingilis və rus dillərində dərc olunub.

Kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli nəşrə “Qorqud atanın müdrikliyi” adlı “Ön söz” yazıb.

Toplunun elmi məsləhətçisi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

Geri dön