Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa, Mədəniyyət > Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq


Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümünə bu həftəsonu - iyulun 17-də yekun vuracaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, həmin gün dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq. Xatırladaq ki, “O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın ən uğurlu tamaşalarından biridir. Tamaşada Məşədi İbad obrazını canlandıran Əməkdar Artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülüb.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Əliməmməd Novruzov, Elçin İmanov, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları ifa edirlər.

Qeyd edək ki, sona çatmaqda olan mövsüm uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın yaradıcı heyətinin üzvləri bir sıra yerli və beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Mövsüm ərzində Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə təşkil olunan Amerika günləri çərçivəsində ABŞ-ın məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr “Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda – Masallı, Xaçmaz, Şamaxı rayonlarında maraqlı tamaşalarla çıxış edib. Xalq Artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub. Repertuardakı tamaşaların əksəriyyəti AzTV və İctimai Televiziya tərəfindən lentə alınıb. Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Eyni zamanda teatr “Sosial proqramlar” çərçivəsində konsert proqramlar təqdim edib.

Geri dön