Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Moskva Türkiyənin qanuni rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Moskva Türkiyənin qanuni rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır

Moskva Türkiyənin qanuni rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır


Moskva Türkiyənin qanuni seçilmiş rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Moskva həmçinin, Türkiyə hakimiyyətini və xalqını ölkədə olan problemləri güc tətbiq etmədən, Konstitutsiya qaydalarına hörmət etməklə həll etməyə çağırıb.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində 90 nəfər həlak olub, 1500-dən çox yaralı var. Qiyamçı hərbçilərdən isə 104 nəfər həlak olub. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 1563 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayı 700 nəfərə çatıb.

Geri dön