Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millət vəkili: “Taleh Bağırzadə ilə Əli Kərimli formaca fərqli, mahiyyətcə eyni işi görürlər” MÜNASİBƏT
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Millət vəkili: “Taleh Bağırzadə ilə Əli Kərimli formaca fərqli, mahiyyətcə eyni işi görürlər” MÜNASİBƏT

Millət vəkili: “Taleh Bağırzadə ilə Əli Kərimli formaca fərqli, mahiyyətcə eyni işi görürlər” MÜNASİBƏT


“Hər ikisi radikalizmi və ekstemizmi təbliğ edirlər”
“Ümumiyyətlə Əli Kərimli və Taleh Bağırzadənin heç bir fərqi yoxdur. Onların davranışları, baş verən hadisələrə münasibəti də xaricdəki mərkəzlərdən idarə olunur. Həmin insanların məqsədi Azərbaycanda qeyri-sabitlik yaratmaq və Azərbaycanı xarici mərkəzlərin poliqonuna çevirməkdir. Ona görə də prinsip etibarilə onların fəaliyyətində heç bir fərq yoxdur. Sadəcə olaraq forma fərqlidir. Biri dini ekstremizmi rəhbər tutur, digər isə guya siyasətçidir ama əslində siyasi radikalizmlə məşğul olur ”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, formaların fərqli olmasına baxmayara mahiyyət etibarilə onların hər ikisinin gördüyü eyni işdir: “Yəni Azərbaycanın maraqlarına zərbə vurmaq, ölkədə qeyri-sabitlik yaratmaq, iğtitaşlar törətmək və s. bunların əsas işidir. Onların fəaliyyətinin bir növ kordinasiya olunması isə bəzi hallarda birbaşa, bəzi hallarda isə dolayısı yolla yenə anti azərbaycançı mərkəzlər tətəfindən olunur. Ona görə də biz çox vaxt bütün radikalların sinxron hərəkətinin şahidi oluruq. Bura dini, siyasi, ideoloji radikallar və s daxildir . Bunların hamısının eyni mərkəzdən idarə olunması və Azərbaycanın milli maraqlarına qarşı birləşdirilməsi anti azərbaycançı siyasətin tərkib hissəsidir. Biz çox hallarda görürük ki, prinsipial məqamlarda hətta bu mərkəzlərin fəaliyyəti ermənilərlə birgə kordinasiya edilir. Biz dəfələrlə bunun şahidi olmuşuq”.

H.Babaoğlu əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas xəttində baş verən hadisələr zamanı da Əli Kərimlinin təxribatçı mövqeyinin şahidi olmuşuq: “Elə bu günlərdə “Azadlıq” qəzeti az qala Azərbaycan cəmiyyətinə Sarkisyanı milli qəhrəman kimi təqdim etməyə çalışırdı. Təbii ki, bunun özü də bir daha sübut edir ki, onlar eyni ermənipərəst mərkəzlərdən idarə olunurlar. Ona görə də Taleh Bağırzadə ilə Əli Kərimli Azərbaycan dövlətçiliyinə, xalqına qarşı formaca fərqli, mahiyyətcə eyni işi, sifarişi həyata keçirirlər. Amma Azərbaycan xalqı bunun fərqindədir. Azərbaycan xalqı da ,Azərbaycanın hüquq sistemi də ölkəmizin milli maraqlarına qarşı çıxan bütün qruplaşmaları və yaxud birlikləri cəzalandırmağa qadirdir və qabildir”.

Ceyhun Rasimoğlu

Geri dön