Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səfir: Azərbaycanla Fransa arasındakı əlaqələrin dinamizmi çox yüksəkdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Səfir: Azərbaycanla Fransa arasındakı əlaqələrin dinamizmi çox yüksəkdir

Səfir: Azərbaycanla Fransa arasındakı əlaqələrin dinamizmi çox yüksəkdir


Fransanın Azərbaycandakı səfirliyində bu il Fransaya təhsil almağa gedəcək tələbələr üçün qəbul təşkil edilib.

Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez iki ölkə arasında əlaqələrin dinamizminin çox yüksək olduğunu deyib: "Bu əməkdaşlıq bır çox sahələri əhatə edir. Azərbaycanda Bakı Fransız Liseyi fəaliyyət göstərir. Sentyabrda Fransa Azərbaycan Universiteti açılacaq. Tələbələr həm Azərbaycan, həm də Fransiz dillərində təhsil alacaqlar. Fransa təhsil sahəsində Azərbaycana bir sıra yardımlar edir. Təhsil alacaq tələbələrdən 3-ü ADA Universitetinin, 5-i isə Bakı İqtisad Universitetinin tələbələridir".

Sonra çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Fransada azərbaycanlı tələbələrin təhsil alması iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcək.

Tədbirdə Təhsil Nazirliyinin və Azərbaycandakı universitetlərin nümayəndələri və Fransada növbəti tədris ilində təhsil alacaq 49 tələbə iştirak ediblər.

Geri dön