Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sergey Şoyqu Azərbaycana gəldi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Sergey Şoyqu Azərbaycana gəldi

Sergey Şoyqu Azərbaycana gəldi


Bu gün Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

"RİA Novosti"-nin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko bildirib.

Onun sözlərinə görə, səfər zamanı hərbi-texniki əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Gözlənilir ki, Sergey Şoyqu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə danışıqlar aparacaq.

Geri dön