Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nəqliyyat Agentliyi: Taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Nəqliyyat Agentliyi: Taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq

Nəqliyyat Agentliyi: Taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq


Bakıda fəaliyyət göstərən taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq. Bunu Bakı Nəqliyyat Agentliyinin baş drektorunun müşaviri Mübariz Abbasov deyib.

O bildirib ki, monitorinqin məqsədi taksi-minik avtomobilləri və avtobusların standartlara cavab verməsini müəyyən etməkdir.

M.Abbasov bildirib ki, Bakıda və Abşeronda 16 mindən artıq taksi-minik avtomobili, 2300-dən çox orta və iri tutumlu avtobuslar var: “Bakı şəhərinin inzibati ərazisində daşıma fəaliyyəti həyata keçirən 53 hüquqi və fiziki şəxsə məxsus nəqliyyat vasitələrinə, eyni zamanda, istehsalat bazalarında monitorinq aparılacaq. Nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması vacibdir”.

Geri dön