Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda referendumu izləyəcək AŞ PA missiyasının tərkibi bilindi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycanda referendumu izləyəcək AŞ PA missiyasının tərkibi bilindi

Azərbaycanda referendumu izləyəcək AŞ PA missiyasının tərkibi bilindi


Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumu müşahidə etmək üçün qiymətləndirmə missiyası göndərəcək.

AŞ PA-nın verdiyi məlumata görə, missiya Azərbaycan hökumətinin dəvəti əsasında baş tutacaq.

Makedoniyalı Aleksandr Nikoloskinin rəhbərlik edəcəyi müşahidə missiyasına italiyalı Andrea Riqoni, bolqarıstanlı Yanaki Stoilov, ispaniyalı Antonio Qutierres, polşalı Dominik Tarçinski, eləcə də Azərbaycan üzrə məruzəçilər - avstriyalı Ştefan Şennak və rumıniyalı Sezar Florin Preda daxildir.

Missiyanın səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, həmçinin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti və medianın təmsilçiləri ilə görüşəcəyi bildirilir.

Səsvermə günü məntəqələrini gəzəcək AŞ PA nümayəndələri referendumun ilkin nəticələrinə dair mətbuat konfransı da keçirəcəklər.

Geri dön