Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda 85 yaşlı baba ata olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Azərbaycanda 85 yaşlı baba ata olub

Azərbaycanda 85 yaşlı baba ata olub


Hadisə Zaqatala rayonunda baş verib

Azərbaycanın Zaqatala rayonunda 85 yaşlı kişi ata olub. Rayonun Yuxarı Tala kənd sakini, 1926-cı il təvəllüdlü, Kamal Kamalov iki il əvvəl yenidən ata olub. Yaxınlarının verdiyi məlumata görə, K. Kamalov ilk dəfə 14 yaşında ailə qurub. Yaşadığı uzun illər ərzində o, bir neçə dəfə evlənib. K. Kamalov 7 il öncə dördüncü dəfə ailə qurub.

Belə ki, rayonun Yuxarı Çardaqlar kənd sakini, 33 yaşlı Reyhanat Kamalova ahıl kişiyə 2008-ci ildə birinci, 2010-cu ildə isə ikinci qız övladı bəxş edib.

Qeyd edək ki, Kamal Kamalovun ümumilikdə 9 övladı, 16 nəvəsi, 5 nəticəsi var. K. Kamalovun atası 120, babası isə 150 il ömür sürüb.

Geri dön