Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İçərişəhərdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə maraqlı aksiya keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > İçərişəhərdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə maraqlı aksiya keçiriləcək

İçərişəhərdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə maraqlı aksiya keçiriləcək


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Gazelli International ltd” şirkəti 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə İçərişəhərdə maraqlı aksiya keçirəcək. Bu barədə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumata verilib. Bu gün saat 17:00-dan 21:00-a kimi Qoşa Qala Qapısı Meydanında Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri və Azərbaycan Karikaturaçılar Birliyinin üzvləri pulsuz olaraq arzu edən hər bir qadının şarjını çəkəcək. Aksiyaya qoşulan hər bir xanıma onun rəssam tərəfindən çəkilmiş şarjı və qızılgül hədiyyə olunacaq. Xanımlar DJ Elio Sançezin ifasında müasir musiqi sədaları ilə müşayiət olunacaq bu tədbirə dəvət edilib.

Geri dön