Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb

Gürcüstan MSK parlament seçkilərinin yekun nəticələrini açıqlayıb


Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 100% səslər hesablanıb.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Beləliklə, yeni parlamentdə hakim “Gürcü arzusu” (48,8%), sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası (27,1%) və “Vətənpərvərlər Alyansı” (5,006%) təmsil olunacaqlar.

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib. Gürcüstan parlamentinin dəqiq tərkibi bir çox birmandatlı dairələrdə keçirilən ikinci turdan sonra məlum olacaq.

Geri dön