Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan prezidentinin Türkiyəyə işgüzar səfəri başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan prezidentinin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan prezidentinin Türkiyəyə işgüzar səfəri başa çatıb


Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri oktyabrın 10-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib. Azərbaycan prezidenti fəxri qarovul dəstəsini salamlayıb.

Prezident İlham Əliyevi Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Geri dön