Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İzmirdə Beynəlxalq Güney Azərbaycan Forumu keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan > İzmirdə Beynəlxalq Güney Azərbaycan Forumu keçiriləcək

İzmirdə Beynəlxalq Güney Azərbaycan Forumu keçiriləcək


Dünən Azərbaycanda səfərdə olan İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Məmmədxanoğlu mətbuat konfransı keçirib. Bildirib ki, İzmir Azərbaycan mədəniyyət mərkəzinin təşkilatçılığı ilə aprelin 21 və 22-də İzmirdə Beynəlxalq Güney Azərbaycan Forumu adlı böyük tədbir keçiriləcək. Onun sözlərinə görə, forumun məqsədi, İranda yaşayan 30 milyondan çox azərbaycanlının tapdanan insani və milli haqlarını dilə gətirmək və bu məqsədlə Güney Azərbaycan Milli Şurası yaratmaqdır: "Təşkilat komitəsi daha öncə dünyada yaşayan 50 milyondan çox Azərbaycan Türkünün Milli Şurasını yaradaraq onların problemlərini müzakirə olunacağı bir forum formalaşdırmağı planlaşdırırdı. Lakin son aylarda bölgədə gedən siyasi proseslərin Güney Azərbaycan türklərinin yaşadığı milli problemləri ön plana çıxarması səbəbi ilə forumumuz tamamən Güney Azərbaycanlı soydaşlarımıza həsr olunacaq". Məmmədxanoğlu onu da qeyd edib ki, bu foruma tək Güney Aəzrbaycan türkləri deyil, bu məsələni milli problemimiz kimi görən bütün azərbaycanlılar dəvət ediliblər: "Forumumuz milli, demokratik prinsiplər əsasında qeyri-hökumət təşkilatlarının keçirəcəyi bir forum olacaq. Forumda iştirak edəcək hər kəs xərclərini özləri qarşılayacaq. Foruma siyasi partiyalar, QHT-lər, diaspor təşkilatları, elm adamları, tanınmış sənət adamları və mətbuat nümayəndələrini dəvət edirik".
Kofransda Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli, MDHP Gənclər Təşkilatını sədri Seymur Həsənli, Bakıda yaşayan Güneyli siyasi mühacirlər, İctimai siyasi xadimlər İzmirdə nəzərdə tutulan Güney Azərbaycan formunun keçirilməsini vacib olduğunu bildirdilər və bu təşəbüsü yüksək qimətləndirərək, formun keçirilməsinə lazim olan yardımı etməyə hazır olduqlarını bildirdilər.

DAVAM xəbər mərkəzi

Geri dön