Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək


Yaxın günlərdə respublikada hava qeyri-sabit keçəcək.
Bakıda və Abşeron yarımadasında martın 8-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Sabah mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Məlumata görə, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında sabah havanın şimal rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.
Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10 şaxtadan 4 dəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Geri dön