Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Azərbaycan xalqını təbrik etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, MDH, Bildiriş, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Azərbaycan xalqını təbrik etdi

Fərəc Quliyev Azərbaycan xalqını təbrik etdi


Azərbaycanın müstəqilliyinin 25 illiyi münasibətiylə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən biri olan və Ali Sovetdə həmin Aktın leyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olan, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:
“Ötən əsrin sonlarında Azərbaycanın taleyi yeni dünya düzənində ən mühüm məqamlardan biri idi. Çünki, bir tərəfdən Sovet imperiyasında baş vermiş azadlıq hərəkatları əsasən Azərbaycan Milli Azadlıq Hərəkatından bəhrələndiyi üçün imperiyanın güc rıçakları var gücü ilə bu hərəkatı boğmağa çalışır, digər tərəfdən də Azərbaycanın bir Türk dövləti kimi müstəqillik qazanmamasında maraqlı olan qüvvələr kifayət qədər güclü idilər.
Lakin bütün bunların qarşısında Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, azadlığına qovuşdu və bu gün artıq əsrin dördə biri qədər ömrü olan müstəqilliyi qazanmaqla Şərqin ilk demokratik Respublikasını bərpa etdi.

Bu böyük zəfərin 25 illiyi münasibətiylə Azərbaycan xalqını şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm.
Müstəqillik Azərbaycan xalqının ən böyük milli sərvətidir. Xalqımızın bu sərvəti əbədi qoruyacağından əminliyimizi ifadə edirəm!”


MDHP Mətbuat Xidməti

Geri dön