Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Xorvatiya müqavilə-hüquq bazasını gücləndirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Azərbaycan və Xorvatiya müqavilə-hüquq bazasını gücləndirəcək

Azərbaycan və Xorvatiya müqavilə-hüquq bazasını gücləndirəcək


Xorvatiya Prezidenti İvo Yosipoviçin Azərbaycana martın 12-13-nə nəzərdə tutulan rəsmi səfəri zamanı bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.
Sənədlər paketinə gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, iki ölkənin hökumətləri arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizanın ləğvi haqqında sazişlər, eləcə də minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu daxildir. Bu barədə çərşənbə günü diplomatik mənbələrdən məlumat verilib.
Xorvatiya Prezidenti ölkə rəhbərliyi ilə rəsmi görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək.
Səfər çərçivəsində iki ölkənin işgüzar dairələrinin iştirakı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçiriləcək. Bunun üçün Bakıya 40-a yaxın Xorvatiya şirkətinin nümayəndələri gələcək.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə iki ölkə arasında mal dövriyyəsinin həcmi 356,4 milyon dollar təşkil edib.

Geri dön