Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Poroşenko: “Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı noyabrda qəbul ediləcək”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Poroşenko: “Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı noyabrda qəbul ediləcək”

Poroşenko: “Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı noyabrda qəbul ediləcək”


Ukrayna və Avropa İttifaqı (Aİ) arasında vizasız rejimə dair qərar noyabrın 24-dək qəbul ediləcək.

“112 Ukrayna”nın məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

"Şübhəm yoxdur ki, vizasız rejimə dair sənəd imzalanacaq və Avropa Parlamenti tərəfindən ratifikasiya olunacaq. Mən hətta bunun hansı tarixədək baş verəcəyini də açıqlaya bilərəm – noyabrın 24-dək. Çünki həmin gün Ukrayna-Avropa İttifaqı sammiti baş tutacaq. Biz isə əvvəlcədən sənədlərin adıçəkilən tarixədək hazırlanması barədə razılığa gəlmişdik”, deyə P.Poroşenko bildirib.

Geri dön