Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Uydurma “erməni soyqırımı”na həsr olunan konsert ləğv olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Uydurma “erməni soyqırımı”na həsr olunan konsert ləğv olunub

Uydurma “erməni soyqırımı”na həsr olunan konsert ləğv olunub


Almaniya XİN-i Drezden simfonik orkestrinin ölkənin İstanbuldakı baş konsulluğunda keçirilməsi nəzərdə tutulan konsertini ləğv edib. Konsertdə uydurma “erməni soyqırımı”na həsr olunmuş “Aghet” əsərinin ifa olunması nəzərdə tutulmuşdu.

“Noyabrın 13-də konsert keçirmək üçün baş konsulluğun binasında boş otaq olmayacaq”, - deyə DPA agentliyinə Almaniya XİN-dən bildirilib.

Agentliyin məlumatına görə, XİN qonaq qismində konsertə kimlərin dəvət edildiyini öyrəndikdən sonra tədbiri ləğv etməyə qərar verib. Dəvətnamələrin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdağan, baş nazir Binəli Yıldırım, XİN rəhbəri Mövlud Çavuşoğlu və mədəniyyət və turizm naziri Nəbi Avciyə göndərildiyi məlum olub.

Almaniya və Türkiyə arasında bir müddət əvvəl Bundestaqın “erməni soyqırımı”nın tanınmasına dair qətnaməsinin qəbul etməsi ilə bağlı yaşanmış narazılıq fonunda bu cür dəvətlər ən azından qəribə görünür.

“Dəvətnamələr XİN-in iştirakı olmadan göndərilib”, - deyə nazirlikdən bildirilib.

Drezden simfonik orkestri “Aghet” əsərini noyabrda Belqradda və İrəvanda ifa etməyi planlaşdırır.

Geri dön