Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Obama və Ərdoğan İŞİD-lə mübarizəni müzakirə ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Obama və Ərdoğan İŞİD-lə mübarizəni müzakirə ediblər

Obama və Ərdoğan İŞİD-lə mübarizəni müzakirə ediblər


ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

"Söhbət zamanı prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda hansı səviyyədə iştirakını müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb. Hər iki lider İraqın suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiqləyib. Prezident Obama həmçinin Suriya müxalifətinə göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib, Suriyanın şimal-qərbində İŞİD-ə qarşı birgə əməkdaşlığın önəmliyini vurğulayıb”, məlumatda deyilir.

Geri dön