Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran XİN: Xəzərin dibinin bölünməsi və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İran XİN: Xəzərin dibinin bölünməsi və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub

İran XİN: Xəzərin dibinin bölünməsi və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub


Xəzərin statusu haqqında Konvensiya layihəsinin hazırlanması ilə bağlı işçi qrupun Tehranda keçirilən iclasında dənizin dibinin sərhədlərinin müəyyən olunması və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub.

Bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama verib. Məlumatda bildirilir ki, əldə olunan digər razılıq Konvensiya layihəsinin bəndləri ilə bağlı əsas müzakirələrin aparılması ilə bağlıdır.

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən toplantıda dənizçilik, tranzit və tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. Prezidentlərin Qazaxıstanda keçiriləcək sammitində imzalanacaq sənədlərin hazırlanmasını sürətləndirmək qərara alınıb.

İşçi qrupun növbəti yığıncağı Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.

Geri dön