Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDB çərçivəsində XİN-lərarası məsləhətləşmələr keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > MDB çərçivəsində XİN-lərarası məsləhətləşmələr keçiriləcək

MDB çərçivəsində XİN-lərarası məsləhətləşmələr keçiriləcək


Noyabrın 1-2-də Minskdə, Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində Birlik çərçivəsində “MDB-nin iştirakçısı olan ölkələrin Avropa təhlükəsizliyi məsələləri üzrə Avropa İttifaqı və NATO ilə qarşılıqlı fəaliyyəti haqqında” mövzusunda XİN-lərarası məsləhətləşmələr keçiriləcək. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki qərargahından məlumat veriblər.

Məsləhətləşmələrin iştirakçıları Gürcüstan, Moldova və Ukrayna tərəfindən Avropa İttifaqı ilə assosiasiya, habelə dərin və geniş əhatəli azad ticarət zonası haqqında sazişlərin imzalanmasının MDB çərçivəsindəki azad ticarət zonası üçün ticari-iqtisadi nəticələrini müzakirə edəcəklər.

Postsovet məkanında Şərq tərəfdaşlığı siyasətinin yürüdülməsinə Avropa İttifaqının yanaşmaları haqqında da söhbət gedəcək, MDB və Aİ ölkələrinin qarşılıqlı fəaliyyətinə ümumi qiymət veriləcək, Mərkəzi Asiyada Avropa İttifaqının siyasəti müzakirə ediləcək

Məsləhətləşmələrin iştirakçıları MDB ölkələrinin NATO ilə qarşılıqlı fəaliyyəti məsələsini də nəzərdən keçirəcəklər.

Geri dön