Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya BMT-nin İnsan Haqları Şurasından kənarda qalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rusiya BMT-nin İnsan Haqları Şurasından kənarda qalıb

Rusiya BMT-nin İnsan Haqları Şurasından kənarda qalıb


Rusiya BMT-nin İnsan Haqları Şurasına seçilmək üçün kifayət qədər səs toplaya bilməyib.
Şərqi Avropa dövlətlərindən iki yeri Xorvatiya və Macarıstan tutacaq.
Bu gün BMT Baş Assambleyası 2017-2019-cu illər üçün BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçib. Şuraya Şərqi Avropadan namizədliyini irəli sürən Rusiya 112 səs toplayıb.
Sonda Şurada Şərqi Avropa dövlətlərindən iki yeri 114 səslə Xorvatiya və 144 səs toplayan Macarıstan tutacaq.
Bundan əlavə, 1 yanvar 2017-ci il tarixindən üç illik dövr ərzində Şuraya Braziliya, Böyük Britaniya, Misir, İraq, Çin, Kuba, Ruanda, Səudiyyə Ərəbistanı, Tunis, CAR, ABŞ və Yaponiya daxil olacaq.

Geri dön