Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pan Gin Mun: "MDB ilə əməkdaşlığın dərinləşdirilməsi zəruridir"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Pan Gin Mun: "MDB ilə əməkdaşlığın dərinləşdirilməsi zəruridir"

Pan Gin Mun: "MDB ilə əməkdaşlığın dərinləşdirilməsi zəruridir"


BMT-nin baş katibi Pan Gi Mun MDB, KTMT və ŞƏT regional təşkilatları ilə dialoq və əməkdaşlığın dərinləşdirilməsini zəruri hesab edir.
O bunu cümə günü BMT Təhlükəsizlik Şurasının BMT-nin regional təşkilatlar ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə iclasında bildirib.
Pan Gi Mun BMT-nin MDB, KTMT və ŞƏT ilə terrorçuluqla mübarizə məsələləri üzrə əməkdaşlığını, onların BMT-nin Mərkəzi Asiyada əks-terror strategiyasında fəal iştirakı və dəstəyini qeyd edib.
O, narkotik trafiki və qeyri-leqal miqrasiya ilə mübarizə, həmçinin sülhməramlılıq sahəsində qarşılıqlı fəaliyyəti xüsusi qeyd edib. Baş katib BMT-nin bu məhsuldar tərəfdaşlığın gücləndirilməsinə sadiq olduğunu bildirib.
"Strateji dialoqu dərinləşdirmək, ümumi yanaşmaları yaranan böhranlara uyğunlaşdırmaq və sülh və təhlükəsizliyə təhlükə sahəsində ümumi öhdəliklər üzərində işləmək vacibdir", - deyə Pan Gi Mun əlavə edib.

Geri dön