Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbin demokratiya hədiyyəsi - Liviya sürətlə parçalanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Qərbin demokratiya hədiyyəsi - Liviya sürətlə parçalanır

Qərbin demokratiya hədiyyəsi - Liviya sürətlə parçalanır


Liviyanın üçüncü böyük şəhəri olan Misrataya ölkənin digər rayonlarının sakinlərinin daxil olması məhdudlaşdırılıb.

Misrata şəhərinin fevral ayında seçilmiş bələdiyyə hakimiyyəti bəyan edib ki, şəhəri qorumaq və ictimai asayişi təmin etmək keçən il şəhəri Müəmmər Qəddafi qoşunlarından qorumuş yerli silahlı bölməyə tapşırılıb.

“Quardian” qəzeti yazıb ki, Misratada bir çox liviyalılar üçün girişi qadağan edilən təhlükəsizlik zonası yaradılıb. Bu, faktiki Misratanın muxtariyyətinin elan edilməsindən gedir.

Qeyd edək ki, bundan 3 gün əvvəl mərkəzi Benqazi şəhəri olmaqla, Liviyanın neftlə zəngin bölgələrini əhatə edən muxtar qurumun yaradıldığı elan olunub.

Geri dön