Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Binəli Yıldırım:“Prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Binəli Yıldırım:“Prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var”

Binəli Yıldırım:“Prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var”


Türkiyənin baş naziri Binəli Yıldırım prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riskinin olduğunu bəyan edib.

Bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının Məclisində çıxışı zamanı B. Yıldırım deyib ki, Türkiyədə prezident üsul-idarəsində ölkənin unitarlığı qorunacaq.

Baş nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiq olunmasından sonra ölkənin bölünəcəyi ilə bağlı iddiaların əsassız olduğunu vurğulayıb: “Heç bir belə yalan bəyanatlar verməsin. Əslində prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var. Mən bunu açıq-aşkar bəyan edirəm. Prezident üsul-idarəsinə keçilməsi ölkənin federallaşması demək deyil. Unitar dövlətlərdə də prezident üsul-idarəsi var”.

Qeyd edək ki, APK yaxın 10 gün ərzində Türkiyədə prezident üsul-idarəsinin tətbiqini nəzərdə tutan Konstitusiyaya dəyişikliklər barədə layihəni parlamentə təqdim edəcək. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu dəfələrlə prezident üsul-idarəsinin tətbiq edilməsindən sonra Türkiyənin bölünəcəyi ilə bağlı bəyanatlar səsləndirib. (APA)

Geri dön