Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Moldovada prezident ikinci turda seçiləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Moldovada prezident ikinci turda seçiləcək

Moldovada prezident ikinci turda seçiləcək


Moldovada ölkə prezidenti sol və sağ müxalifət liderlərinin iştirak edəcəyi ikinci turda məlum olacaq.
Birinci turda qalib gəlmək üçün namizədlər 50 faiz üstəgəl bir səs toplamalı idilər.
Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatına görə, protokolların 98,6%-nin açılmasından sonra Sosialistlər Partiyasının rəhbəri İqor Dodon seçici səslərinin 48,6%-ni, sağçı Avropayönlü koalisiyadan yeganə namizəd Mayya Sandu isə səslərin 37,9%-ni toplayır.
"Hələ ki, səsvermənin ilkin nəticələri var. Biz yekun nəticələr barədə danışa bilmərik, lakin aydın görünür ki, heç bir namizəd 50%-dən çox səs toplamayacaq", - deyə jurnalistlərə MSK üzvü Yuri Çekan bildirib.

Geri dön