Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya NATO-nun Polşa və Baltikyanı ölkələrə qoşun göndərməsini cavabsız qoymayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rusiya NATO-nun Polşa və Baltikyanı ölkələrə qoşun göndərməsini cavabsız qoymayacaq

Rusiya NATO-nun Polşa və Baltikyanı ölkələrə qoşun göndərməsini cavabsız qoymayacaq


Rusiya NATO-nun 2017-ci ilin əvvəlində Polşa və Baltikyanı ölkələrə dörd batalyon göndərməsini cavabsız qoymayacaq.
Bunu Rusiyanın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Aleksandr Qruşko "İzvestiya" qəzetinə bildirib.
"NATO-nun Uelsdəki sammitindən bu yana alyans ölkələrinin nazirlər səviyyəsində keçirilən görüşləri Rusiya-NATO münasibətləri üçün, təəssüflər olsun ki, hər hansı bir müsbət siqnal verməyib. Alyansın tutduğu hazırkı yol get-gedə uzunmüddətli xarakter almağa başlayır. Xüsusilə, alyansın qondarma Şərq "cinahı"nın möhkəmləndirilməsi çərçivəsində batalyon səviyyəsində "gücləndirilmiş" çoxmillətli kontingentlərin formalaşdırılması prosesi gedir və bu batalyonlar 2017-ci ilin əvvəlində Baltik ölkələri və Polşada yerləşdiriləcək", - deyə Qruşko bildirib.
O, "NATO tərəfindən görülən tədbirlərin cavabsız qalmayacağını" qeyd edib. Diplomat, həmçinin bildirib ki, alyans Qara dəniz ərazisində də öz mövcudluğunu gücləndirir.

Geri dön