Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya Çinə etiraz bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Yaponiya Çinə etiraz bildirib

Yaponiya Çinə etiraz bildirib


Yaponiya Şərqi Çin dənizində qaz yataqlarının mənimsənilməsi ilə bağlı Çin tərəfinin fəaliyyəti barədə məlumatlar təsdiq olunduqdan sonra bu ölkəyə etirazını bildirib.

Noyabrın 1-də jurnalistlərə müsahibə verən xarici işlər naziri Fumio Kişida Yaponiya tərəfindən dəfələrlə edilmiş xahişlərə baxmayaraq, Çinin həmin ərazidəki əməliyyatlarının təəssüf doğurduğunu qeyd edib. Nazir deyib ki, hələ də Şərqi Çin dənizində iki ölkə arasında dəniz sərhədi müəyyən olunmayıb.

Yaponiya və Çin 2008-ci ildə dənizdəki qaz ehtiyatlarının birlikdə mənimsənilməsi barədə razılıq əldə etsələr də, bu məsələ ilə bağlı müvafiq müqavilənin imzalanması başa çatdırılmayıb.

Çin Yaponiya ilə bu ölkəni ayıran xəttin yaxınlığında tikinti işləri aparıb. Yaponiya həmin xətti hər iki ölkəyə aid məxsusi iqtisadi zonanı müəyyən edən sərhəd xətti kimi qəbul etməyi təklif edib.

Geri dön