Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankara Moskvaya "çox sağ ol" dedi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ankara Moskvaya "çox sağ ol" dedi

Ankara Moskvaya "çox sağ ol" dedi


Moskva Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı kəşfiyyat məlumatlarının mübadiləsində Ankraya yardım göstərmişdi. Bununla bağlı Ankara Rusiya hökumətinə minnətdarlığını bildirir.

Bu sözləri Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu çətin bir məqamda Rusiyanın Türkiyəyə kömək etdiyini ifadə edib: “Bizim üçün çətin günlərdə Rusiya bizə yardım göstərərək, əsl dostun kim olduğunu nümayiş etdirdi. Cənab Putin tam dəstək göstərdi, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsini də təklif etdi. Bunun üçün biz Rusiya hökumətinə və xalqına minnətdarıq. Türk xalqı bunu heç vaxt unutmayacaq.”

Qeyd edək ki, iyulun 15-i gecə saatlarında Türkiyədə dövlət çevrilişinə cəhd baş vermiş, lakin cəhdin qarşısı qısa zamanda alınmışdı. Həmin hadisə zamanı 250-yə yaxın adam həlak olmuşdu.

Geri dön