Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankara Berlini terrorizmi dəstəkləməkdə təqsirləndirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ankara Berlini terrorizmi dəstəkləməkdə təqsirləndirib

Ankara Berlini terrorizmi dəstəkləməkdə təqsirləndirib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Ankarada Prezident Sarayındakı çıxışında Almaniyanı “terrorçular üçün mühüm sığınacaq yeri” adlandırıb. Kürdüstan İşçi Partiyasının (PKK) və radikal solçu İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C) qruplaşmasının silahlıları Almaniyada gizlənir. Bu qruplaşmaların hər ikisi Türkiyədə terror aktları təşkil edilməsində təqsirli hesab olunur.

Türkiyə Prezidenti deyib: “Siz Almaniyada anlayırsınızmı ki, bu terror taunu bumeranq kimi sizin özünüzə qayıdacaq? İndi siz qapılarınızı terrorun üzünə açırsınız... Bu sizə ömürlük dərs olacaq, çünki siz terroru dəstəkləyirsiniz”.

Ərdoğan AFR-i həm də 2016-cı ilin iyul ayında hərbi çevriliş cəhdinin hazırlanmasına görə məsuliyyət daşıyan Fətullah Gülənin tərəfdarlarına sığınacaq verməkdə təqsirləndirib.

Geri dön