Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə-Rusiya müharibəsini başladacaq plan DE-ŞİFRƏ OLDU
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Türkiyə-Rusiya müharibəsini başladacaq plan DE-ŞİFRƏ OLDU

Türkiyə-Rusiya müharibəsini başladacaq plan DE-ŞİFRƏ OLDU


Türkiyəyə Rusiya istehsalı olan RPG-29 minaatan və 3 raket keçirən şəxs saxlanılıb.

Bu ilin mart ayında Adanada polislər tərəfindən saxlanılan avtomobildə rus istehsalı minaatan və digər silah-sursat tapılıb. Avtomobildə olan iki qadın və bir kişi saxlanılıb. Aparılan araşdırmalar nəticəsində daha 11 nəfər həbs olunub.

Polis əməkdaşları minaatanların üzərində tapdığı barmaq izlərinin Suriyada YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) üzvü Abdulhamit Ahmet Hasekiyə məxsus olduğunu aşkarlayıb. Uzun müddət aparılan axtarışlardan sonra, Adanaya anasını ziyarət etmək üçün gələn Ahmet Haseki həbs olunub.

Məlumatlara görə, rus istehsalı silahların Türkiyəyə keçirilməsində məqsəd bu silahlar vasitəsilə hücumlar təşkil etmək və Ankara-Moskva münasibətlərini gərginləşdirmək olub.

Qeyd edək ki, Türkiyə-Suriya sərhədində Rusiya təyyarəsinin vurulmasından sonra iki ölkənin münasibətləri müharibə həddinə çatmışdı. Lakin avqust ayında 9 aylıq gərginlikdən sonra tərəflər masa ətrafına əyləşərək, dost münasibətləri yenidən bərpa edib.

Geri dön