Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan bələdiyyə sədrləri Türk Dünyası Bələdiyyələr Birliyinin qurultayında iştirak ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Azərbaycan bələdiyyə sədrləri Türk Dünyası Bələdiyyələr Birliyinin qurultayında iştirak ediblər

Azərbaycan bələdiyyə sədrləri Türk Dünyası Bələdiyyələr Birliyinin qurultayında iştirak ediblər


İstanbulda Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) III qurultayı keçirilib.
AzərTac agentliyinin verdiyi xəbərə görə, qurultayda Azərbaycanın, digər türkdilli ölkələr və Rusiya Federasiyasının şəhər və rayon bələdiyyələrinin sədrləri iştirak ediblər.
Açılış mərasimində Türkiyə prezidenti Aparatının baş katibi Mustafa İsen, daxili işlər naziri İdris Naim Şahin, ekologiya və şəhərsalma naziri Erdoğan Bayraktar və Türk Dünyası Bələdiyyələr Birliyinin sədri Nihat Zeybəkçi çıxış edərək, türk dünyası bələdiyyələri arasında əməkdaşlığın perspektivlərindən bəhs ediblər. Qeyd edilib ki, 18 ölkədə 1007 üzvü olan TDBB güclü bir beynəlxalq təşkilata çevrilib. Qardaş ölkələr arasında qardaşlaşmış şəhərlərin sayı da getdikcə artmaqdadır.
Qurultayda TDBB sədrinə və üzvlərinə seçkilər də keçirilib. Türkiyənin Kocaeli şəhəri bələdiyyəsini sədri İbrahim Karaosmanoğlu təşkilatın yeni sədri seçilib. Azərbaycan Bələdiyyələr Birliyinin sədri Əbülfəz Babayev də daxil olmaqla bir çox bələdiyyələrimizin sədrləri TDBB-nin üzvlüyünə seçiliblər.

Geri dön