Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mixeil Saakaşvili vəzifəsindən istefa verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Mixeil Saakaşvili vəzifəsindən istefa verib

Mixeil Saakaşvili vəzifəsindən istefa verib


Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili istefa verdiyini açıqlayıb.
TASS xəbər verir ki, o, bu barədə qərarını noyabrın 7-də bəyan edib.
“Mən istefa verərək, mübarizənin yeni mərhələsini aparmağa başlayıram”, - deyə, o istefa ilə bağlı açıqlamasında vurğulayıb.
Saakaşvili Ukrayna prezidenti Pyotr Porşenkonu “yalan” danışmaqda suçlayaraq, onu verdiyi sözə əməl etməməkdə ittiham edib. Qubernator ölkənin daxili işlər naziri Arsen Avakov kimi korrupsionerlərin hakimiyyətdə qalmasından bezdiyini vurğulayıb. Onun sözlərinə görə, bu məmurlar Maydan hərəkatı ideyalarından sui-istifadə ediblər.
Ukrayna KİV-inin məlumatına görə, M.Saakaşvili Kiyevə yola düşüb.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili 2015-ci il mayın 30-da Odessa vilayətinə qubernator təyin edilib.

Geri dön