Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın PKK-nı Mosula yerləşdirmək cəhdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İranın PKK-nı Mosula yerləşdirmək cəhdi

İranın PKK-nı Mosula yerləşdirmək cəhdi


KİV: İranlı general terrorçu PKK rəhbərlərindən biri ilə görüşüb

İraq parlamentinin üzvü: PKK-nın Haşdi Şabidən maddi dəstək aldığını sübüt edən dəlillər var
Bakı. 8 noyabr. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının "Qüds" qolunun komandanı, general Qasım Süleymani terrorçu PKK qruplaşmasının rəhbərlərindən biri sayılan Cəmil Bayıkla görüşüb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, görüş İraqın şimalındakı kürd muxtariyyətinin nəzarəti altında olan Sülyemaniyyə şəhərində olub.
Məlumata görə, iranlı general terrorçu qruplaşma təmsilçisindən PKK-nın İraqın Sincar bölgəsindəki silahlılarının Mosulun azad edilməsi əməliyyatına qatılmasını istəyib.
İraq parlamentinin Təhlükəsizlik və müdafiə komissiyasının üzvü, Kürdüstan Demokrat Partiyasından (İraq) deputat olan Şahsevan Abdullah isə bildirib ki, beynəlxalq koalisiya qüvvələrinin əldə etdikəri razılaşmaya əsasən, PKK Şengal dağından enib Mosula doğru hərəkət edərsə vurulacaq: "Haşdi Şabi", İran və PKK İraqda ortaq məsələni müdafiə edirlər. Bir neçə gün əvvəl İranın hərbi mütəxəssisləri 20 maşınla Mosulun xilas edilməsi əməliyyatındakı cəbhələri ziyarət edərək, "Haşdi Şabi"nin komandirləri ilə bir araya gəliblər. İranın öz maraqlarını təmin etmək məqsədilə PKK-dan istifadə etdiyi açıq-aşkar görünür. PKK-nın "Haşdi Şabi"dən maddi dəstək aldığını sübüt edən dəlillər var".

Geri dön